Whirlpool WHC20 T573 Fridge/freezer combination Manual

Add to My manuals
4 Pages

advertisement

Whirlpool WHC20 T573 Fridge/freezer combination Manual | Manualzz

Qısa rəhbərlik

HOTPOİNT MƏHSULUNU ALDIĞINIZ ÜÇÜN

TƏŞƏKKÜR EDİRİK

Daha dəyərli kömək almaq üçün məhsulunuzu www .whirlpool . eu/ register səhifəsində qeydiyyatdan keçirin

İLK DƏFƏ ISTIFADƏ ETDIKDƏ

Məhsulu quraşdırdıqdan sonra ən azı iki saat gözləyib onu elektrik şəbəkəsinə qoşun. Elektrik şəbəkəsinə qoşduqdan sonra məhsul avtomatik şəkildə çalışmağa başlayır. Qida məhsullarının saxlanması üçün mükəmməl temperatur ölçüləri istehsalçı zavodda əvvəlcədən quraşdırılıb.

Soyuducudan istifadə etməzdən əvvəl Təhlükəsizlik

üzrə təlimat ilə tanış olun.

AZ

Cihazı qoşduqdan sonra siz 4-6 saat gözləməlisiniz ki, normal yüklənən cihazda düzgün saxlanma temperaturu olsun . (Əgər varsa) antibakterial qoxuya qarşı süzgəci ventilyatorda süzgəcin qablaşmasının üzərində göstərilıdiyi kimi quraşdırın. Əgər siqnal eşıdıilirsə, bu, temperatur haqqında xəbərdarlıq siqnalıdır: bu siqnalın qarşısını almaq üçün düyməni basın.

İDARƏETMƏ PANELI

1. 2.

14.

3. 4. 5.

6. 7. 8. 9.

13.

* Yalnız müəyyən modellərdə mövcuddur

12.

11.

10.

DONDURUCU BÖLMƏSİNİN TEMPERATURU

(14) düyməsi ilə müxtəlif temperatur ölçülərini quraşdırmaq mümkündür.

Tövsiyə olunan göstərici: +4°C

FAST COOL (SÜRƏTLİ SOYUTMA)

Soyuducu bölməsini tez soyutmaq üçün (14) düyməsini basıb 3 saniyə ərzində basılmış vəziyyətdə saxlayın. Funksiya qoşulan zaman piktoqram (2) yanmağa başlayır.

Funksiya 6 saatdan sonra avtomatik şəkildə sönür, və ya (14) düyməsini basıb 3 saniyə ərzində basılmış vəziyyətdə saxlayıb funksiyanı qeyri-aktivləşdirmiş olursunuz.

AKTİV/EHTİYAT

Soyuducunu ehtiyat vəziyyətinə ötürmək üçün (13) düyməni basıb 3 saniyə ərzində basılmış vəziyyətdə saxlayın.

Ehtiyat rejimində soyuducu bölməsinin işığı yanmır.. Soyuducunu yenidən işə salmaq üçün düyməni sadəcə basıb buraxın.

DONDURUCU BÖLMƏSİNİN TEMPERATURU

(12) düyməsi ilə müxtəlif temperatur ölçülərini quraşdırmaq mümkündür.

Tövsiyə olunan göstərici: -18°C

TEMPERATUR DİSPLEYİ

Displeydə 2°C və 8° C arası intervalında soyuducu bölmənin temperaturu görünür (İdarəetmə panelində 1 rəqəmli soyuducu temperatura bax) -16°C və -24°C arası intervalında dondurucu bölmənin temperaturu görünür(İdarəetmə panelində 4 rəqəmli dondurucu temperatura bax).

Qida məhsullarını tullamamaq üçün istifadəçinin təlimat kitabçasında əksini tapan tövsiyə olunan ölçülər və saxlanma müddətləri ilə tanış olun.

1. Soyuducunun temperatur rəqəmləri

2. Fast Cool (Sürətli soyutma) indikatoru

3. Dəqiq idarəetmə indikatoru

4. Dondurucu temp rəqəmləri

5. Fast Freeze (Sürətli dondurma) indikatoru

6. Açıq qapı indikatoru

7. Blekaut indikatoru

8. Party (Məclis) rejimi indikatoru

9. Vacation (Tətil) rejimi indikatoru

10. Rejim düyməsi

11. Siqnal dayandır düyməsi

12. Dondurucu temperaturu / Fast Freeze

(Sürətli dondurma) (3 san) düyməsi

13. Ehtiyat (3 san) düyməsi

14. Soyuducu temperatur / Fast Cool

(Sürətli soyutma) (3 san) düyməsi

FAST FREEZE (SÜRƏTLİ DONDURMA)

Təzə qida məhsullarını dondurmaq istədiyiniz zaman bu funksiyadan yararlanın. Təzə qida məhsulları imkan daxilində tez dondurulmalıdır, məhz belə halda onların mükəmməl qorunmasına, qida dəyərinin saxlanmasına imkan yaradıla bilər.

Təzə qida məhsullarını dondurmaq istədiyiniz zaman Sürətli dondurma düyməsini (12) basıb 3 saniyə ərzində basılmış vəziyyətdə saxlayın; Sürətli dondurma indikatoru (5) yanacaq.

Dondurma bölməsini mükəmməl donma şəraitinə hazırlamaq

üçün qida məhsullarını yerləşdirməzdən 24 saat qabaq Sürətli donduirma düyməsini basmağı tövsiyə edirik. Bu düymədən istifadə etməyi tövsiyə edirik.

Qeyd: təzə və artıq dondurulmuş qida məhsulları təmasda olmamalıdır. Dondurma sürətini optimallaşdırmaq üçün siyirtmələr

çıxardıla, qida isə bilavasitə bölmənin dibində yerləşdirilə bilər.

SƏS SİQNALININ SÖNDÜRÜLMƏSİ

Səs həyəcan siqnalını söndürmək üçün (11) düyməsini basıb buraxın.

MODE (REJIM) DÜYMƏSI

2 və daha çox əldə olunan seçimlərindən birini seçmək imkanı verir. REJİM düyməsini basdıqda birinci seçim seçilir.

REJİM düyməsini fasiləsiz basan zaman müxtəlif seçimlər göstərilir.

Seçimlər:

Pressure 1 (Təzyiq 1): 1 ci rejim göstərilir (Məclis rejimi); Rejim düyməsi işıqlanır

Pressure 2 (Təzyiq 2): 2 ci seçim göstərilir (Tətil rejimi); Rejim düyməsi işıqlanır

Pressure 3 (Təzyiq 3): Seçimlər dayandırılır (əgər istənilən seçim seçilir); Rejim düyməsi sönür

Vacation (Tətil) rejimi : Evdə uzun müddət olmayanda, bu funksiyadan istifadə edə bilərsiniz. Displeydə soyuducu bölməsinin temperaturu (+12°C) göstərilir, Tətil rejimi piktoqramı işıqlanır.

Bu funksiyanı aktivləşdirdikdə qida məhsullarını soyuducu bölməsindən çıxarıb hər iki qapını bağlayın - soyuducuda pis qoxu yaranmasın deyə tələb olunan temperatur təmin olunacaq.

Lakin dondurucuda əvvəlcə qoyulmuş temperatur saxlanılır.

Bakteriyaların yayılmasının qarşısını almaq üçün bu funksiyanı aktivləşdirməzdən əvvəl soyuducu və dondurucu bölmələrinin dərim təmizlənməsi tövsiyə edilir.

Party Məclis rejimi : Dondurucu bölməsində içkilərin soyudulması

üçün bu funksiyadan istifadə edin.

Diqqət: Bu funksiyanın aktiv olması müddətindən (30 dəqiqə) artıq müddətdə içkiləri dondurucuda saxlamayın. Funksiyanın başa

çatması haqqında səs siqnal səslənəcək.

QƏZA SİQNALI və ya REJİM düyməsini basıb qəza siqnalını dayandırın.

Bu funksiya temperaturun -22°C və -24°C arasında olan zaman avtomatik şəkildə qoşulur. Əgər funksiyanın aktiv olması zamanı istifadəçi dondurucu temperaturunu dəyişərsə, funksiya avtomatik qeyri-aktivləşir. Bu funksiyanı Siqnalı dayandır və Dondurucu bölməsi düyməsinin basılması və basılmış vəziyyətdə 3 saniyə ərzində saxlanılması ilə qeyri-aktiv etmək olur.

DONMANIN İDARƏ OLUNMASI

Bu, dondurucu bölməsində temperatur rəqslərini azaldan qabaqcıl texologiyadır. Donma təsiri azalır, qida məhsullarının ilkin keyfiyyəti və rəngi təmin olunur.

6 CI HİSS (6TH SENSE)

Cihazın daxili temperaturuna uyğun optimal saxlanma şəraitinin sürətli çatmasına imkan verir.

TƏZƏ QIDA MƏHSULLARINI VƏ IÇKILƏRI NECƏ SAXLAMAQ

İşarə

MİNOR SOYUTMA ZONASI

Tropik meyvələrin, konservaların, içkilərin, yumurtaların, sousların, marinadların, kərə yağının, mürəbbələrin saxlaması üçün təyin edilib

SOYUTMA ZONASI

Pendirin, südün, gündəlik qida məhsullarının, delikateslərin, yoqurtun saxlanması üçün təyin edilib

ƏN SOYUQ SAHƏ

Ət məhsullarının, desertin, ət və balığın saxlanması

üçün təyin edilib.

MEYVƏ-TƏRƏVƏZ SİYİRTMƏSİ

DONDURUCUNUN SİYİRTMƏLƏRİ

DONDURMA ZONASININ SİYİRTMƏSİ

(Maks.soyutma zonası)

Təzə/bişmiş qida məhsullarının dondurulması üçün təyin edilib

Yükləmə hədləri xüsusi quruluşu (səbətlər, qablar, qapaqlar, siyirtmələr, rəflər və s.) təyin olunur, və ya yükləmə hədləri təbii yükləmə hədləri ilə təyin olunur.

SOYUDUCU BÖLMƏSI

Multi Fresh Zone

Optimal saxlanma üçün 3 temperatur seçimi: Ət/Balıq; Süd məhsulları; Meyvə/Tərəvəz, göyərtilər üçün əlavə saxlama həcmi təklif olunur.

Göstəricilər:

LOW (KİÇİK) = Ət və balıq

MID (ORTA) = Süd məhsulları (Pendir və yoqurt)

HIGH (YÜKSƏK) = Meyvə və tərəvəz

"Multi Fresh Zone" sının düz çalışması üçün” aşağıdakı şərtlərə əməl olunmalıdır:

• cihaz qoşulu olmalıdır

• aşağıdakı funksiyalardan heç biri seçilməməlidir: Ehtiyat,

Soyutma qeyri-aktiv, Tətil (bu halda qida məhsullarını soyuducudan çıxarın).

Çoxaxınlı hava paylaşması

Çoxaxınlılıq qida məhsullarının daha yaxşı saxlanması üçün soyuq havanın bərabər şəkildə paylaşmasına kömək edir. Qida məhsullarını cihazın istənilən rəfində yerləşdirmək olar. Havanın sərbəst hərəkətini təmin etmək üçün hava paylaşma dəliklərinin qarşısını almayın..

Humidity control (Rütubətin idarə olunması)*

Tərəvəz saxlamaq üçün dəstəyi sola çevirin (tətəvəz üçün rütubətli şərait yararlıdır), meyvə saxlamaq üçün dəstəyi sağa çevirin

(meyvə üçün az rütubətli şərait yararlıdır) və meyvə-tərəvəz saxlamaq üçün dəstəyi orta vəziyyətıə gətirin.

* Yalnız müəyyən modellərdə mövcuddur

İşıqlanma sistemi (modeldən asılı)

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus işıq mənbəyi var

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus işıq mənbəyi var

Bu məhsulun tərkibində A enerji səmərəlilik sinfinə məxsus 2/4 yan işıq mənbəyi və G enerji sinfinə məxsusu üst işıq mənbəyi var

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus üst işıq mənbəyi var

DONDURUCU BÖLMƏ

Total No Frost (Tam donun olmaması) sistemi

Total No Frost (Tam donun olmaması) sistemi buzun yaranmasının qarşısını tamamilə alır, dondurucuda və soyuducuda əl ilə buzun açılmasına yol vermir.

Ventilyasiya sisteminin köməyi ilə soyuq havanın mükəmməl dövr etməsi təmin olunur və beləliklə buzun yaranmasının qarşısı alınır.

Buz kubları*

Buz altlığını 2/3 səviyyəsinədək su ilə doldurub dondurucu bölməsində yerləşdirin.

Buz kublarını çıxarmaq üçün iti və itilənmiş əşyalardan heç vaxt istifadə etməyin..

12 və 24 saat ərzində dondurula bilən təzə ərzağın həcmi əsas texniki verilənlər lövhəciyində göstərilib.

Asan altlıq*

Dondurucuda asan altlığın köməyi ilə tez istifadə olunan məhsullar, qalıqlar və ya kiçik mallar saxlanıla və dondurula blıər.

Fast Freeze (Sürətli dondurma) lövhəsi (Alu PAD)*

Qida məhsullarını daha tez dondurmaq üçün metal lövhə.

Asan təmizləmək üçün metal panel çıxardıla bilər, sol küncdən tutub qaldırın.

Yeni lövhə*

Meyvə və tərəvəz siyirtməsi gigiyenik mənfəz ilə təchiz olunur. Bu hissənin xüsusi quruluşu sayəsindıə meyvə və tərəvəz, gigiyenik mənfəzin altından sızıb damcılayan (meyvə və tərəvəzin şirə itkisi və ya tərəvəzin nəmliyi kimi) təbii sızmalar ilə təmasda olmur.

Gigiyenik mənfəz, meyvə və tərəvəzin daha güclü saxlanması məqsədi ilə meyvə və tərəvəz qabının mənfəzinin səthində

99,9% qədər ziyanverici bakteriyaları məhv edən Microban

SilverShield® texnologiyasının köməyi ilə hazırlanır**. Gigiyenik mənfəz çirkləndikdə onu qaldırıb dartmaqla çıxarmaq, çıxardıb isə yuyub təmizləmək mümkün olur. Onu sadəcə əl ilə, yalnız suyun və ya qab-qaşıq üçün neytral yuyucu vasitənin köməyi ilə yumaq lmümkündür. Onu habelə qabyuyan maşında da yumaq mümkündür. Yuyub təmizlədikdən sonra onu yerinə qoymazdan əvvəl qurutmaq lazımdır.

ÜMUMİ MƏLUMAT

Qısa rəhbərlikdə fərqli təlimat verilməyibsə, siyirtmələr, səbətlər və rəflər öz cari vəziyyətində olmalıdırlar.

Soyuducu bölməsinin içində yerləşən işıqlanma sistemi adi işıq lampalardan daha yaxşı işıqlandırma gücünə və habelə aşağı enerji sərfiyyətinə malik LED lampasından ibarətdir.

UTİLİZASİYA

Uşaqlar və ya heyvanlar içəridə ilişib qalmasın deyə utrilizasiyadan

öncə soyuducunun qapıları və qapaqları sökülməlidir.

SİYİRTMƏLƏRİN ÇIXARILMASI

Siyirtmələri özünüzə axıradək çəkin, sonra isə, qaldırıb

çıxardın. Daha böyük həcm əldə etməkl üçün dondurucu bölmə siyirtmələrsiz istifadə edilə bilər.

Qida məhsullarını mənfəz və ya rəflərə qoyduqdan sonra qapının tələb olunan qaydada bağlanmasına əmin olun.

** IMSL (Industrial Microbiological Services Ltd, UK) tərəfindən İSO

22196 köməyi ilə sınaqdan keçib

NASAZLIQLARIN AŞKARLANMASI VƏ ARADAN GÖTÜRÜLMƏSI

Əgər baş versə, nə etməli...

Mümkün səbəblər Həll yolları

İdarəetmə paneli sönüb, soyuducu çalışmır.

Daxili işıq işləmir.

Soyuducu Aktiv/Ehtiyat rejimində ola bilər.

Soyuducunun elektrik qidalanma sistemində problem ola bilər.

Lampa dəyişilməsi lazım ola bilər.

Aktiv/Ehtiyat düyməsi ilə cihazı aktiv edin..

Əmin olun ki:

• elektrik şəbəkəsində cərəyan mövcuddur;

• ştepsel elektrik yuvasına düzgün taxılıb, iki-qütblü keçirici

(əgər varsa) düzgün vəziyyətdədir (yəni, cərəyanın soyuducuya verilməsinə əngəl törətmir);

• ev elektrik sisteminin qoruyucuları işlək vəziyəttdədir;

• elektrik kabeli zədəli deyil.

Səlahiyyətli servis mərkəzi ilə əlaqə saxlayın.

Bölmələrin içində temperatur kifayət qədər aşağı deyil.

Soyuducu Aktiv/Ehtiyat rejimində ola bilər.

Burada müxtəlif səbəblər ola bilər

(“Həl yolları”-na bax).

Aktiv/Ehtiyat düyməsi ilə cihazı aktiv edin..

Əmin olun ki:

• qapı düzgün bağlanıb;

• soyuducu istilik mənbəyinin yanında dayanmayıb;

• quraşdırma temperaturu kifayət qədərdir;

• soyuducunun özülündə olan ventilyasiya mənfəzlərinin köməyi ilə havanın dövr etməsinin qarşısı alınmayıb.

Bu qüsur deyil. Bu kondensatın əmələ gəlməsinin qarşısını alır.

Heç bir şey etmək lazım deyil.

Soyuducunun ön kənarı, qapı dayağının kipləyicisi sahəsi istidir.

6 piktoqramı işıqlanır, yanıb sönür və səs siqnalı səslənir.

Açıq qapı siqnalı

Qapı uzun müddət açıq qalanda, siqnal səslənməyə başlayır.

Səs siqnalın qarşısını almaq üçün qapını bağlayın.

7 piktoqramı işıqlanır, yanıb sönür və səs siqnalı səslənir. Dondurucu temperaturu displeyinde əldə olunan temperatur

ölçüsü yanıb sönür.

“Siqnalı dayandır” düyməsi yanıb sönür, dondurucu temperaturu displeyi yanıb sönür, və səs siqnalı səslənir.

Displeydə “F” və "E" hərfləri yanıb sönür.

Blekaut həyəcan siqnalı

Elektrik cərəyanının uzun müddət olmadığı halda, dondurucu bölmədə temperaturun qalxdığı zaman siqnal aktivləşir.

Qeyd: Elektrik şəbəkədə blekaut siqnalını qeyri-aktiv etmədən məhsulun temperaturunu quraşdırmaq qeyri-mümkündür.

Dondurucu bölmənin temperatur siqnalı

Dondurucu bölmənin temperatur siqnalı bölmənin optimal temperaturda olmamasına işarə verir. Bu baş verə bilər: ilk dəfə istifadə etdikdə, donun açılması və/və ya təmizləmədən sonra, dondurucunun içində böyük həcmdə qida məhsullarının olduğu halda, dondurucunun qapısı düzgün bağlanmaynda.

Nasazlıq siqnalı

Siqnal texniki bölmədə nasazlığa işarə verir.

Səs siqnalını qeyri-aktiv etməzdən əvvəl, temperatur displeyində əks olunan temperatura diqqət yetirin; bu temperatur şəbəkədə blekaut dövründə dondurucu bölməsində ən yüksək temperaturu əks edir. Siqnalı dayandır düyməsini basıb səs siqnalını qeyriaktiv edin. Düyməni basdıqdan sonra temperatur displeyində yenə quraşdırılmış temperatur görsənir. Əgər dondurucu bölmədə qida məhsullarının saxlanması üçün optimal temperatur əldə edilməyibsə, dondurucu bölmənin temperatur siqnalı aktivləşdirilə bilər (dondurucu bölmənin temperatur siqnalına bax). Qidanı yeməzdən əvvəl yoxlayın.

"Siqnalı dayandır" düyməsini basıb səs siqnalını qeyri-aktiv edin: Dondurucu temperatur displeyinin yanıb sönmsi dayanır.

Optimal temperatur şəraiti yaranandan sonra “Siqnalı dayandır” düyməsi avtomatik sönür. Əgər dondurucu bölmənin temperatur siqnalı davam edərsə, səlahiyyətli texniki dəstək xidməti ilə əlaqə yaradın.

Səlahiyyətli Xidmət mərkəzinə zəng edin.

* Yalnız müəyyən modellərdə mövcuddur

Siyasət müddəalarını, standart sənədləri və məhsul haqqında əlavə məlumatı aşağıdakılarda tapmaq mümkündür:

• docs .whirlpool . eu saytıni ziyarət edin

• QR kodunun köməyi ilə əldə edə bilərsiniz

• Alternativ olaraq Satışdan sonra xidməti əlaqə yaradın. (telefon nömrəsi zəmanət bukletində göstərilib). Satışdan sonra xidmət ilə əlaqə yaratdıqda məhsulun identifikasiya lövhəsində göstərilən kodları haqqında xəbər verin.

Model haqqında məlumatı enerji yarlığında əks olunan QR kodun köməyi ilə almaq mümkündür. Yarlıqda həmçinin https://eprel.ec.europa.eu məlumat bazasının portalı ilə məsləhətləşmək üçün istifadə oluna bilən model identifikatoru göstərilib.

400011517750

advertisement

Key Features

  • White Built-in 280 L
  • 212 L No Frost (fridge) LED Fridge interior light
  • 68 L Bottom-placed No Frost (freezer) 4* 7 kg/24h
  • D 177 kWh B 32 dB

Related manuals

Download PDF

advertisement