Whirlpool W9 931D B H Fridge/freezer combination Manual

Add to My manuals
4 Pages

advertisement

Whirlpool W9 931D B H Fridge/freezer combination Manual | Manualzz

Qısa rəhbərlik

HOTPOİNT MƏHSULUNU ALDIĞINIZ ÜÇÜN

TƏŞƏKKÜR EDİRİK

Daha dəyərli kömək almaq üçün məhsulunuzu www .whirlpool . eu/ register səhifəsində qeydiyyatdan keçirin

İLK DƏFƏ ISTIFADƏ ETDIKDƏ

Soyuducunu quraşdırdıqdan sonra onu elektrik şəbəkəsinə qoşmazdan əvvəl ən azı iki saat gözləyin. Qoşduqdan sonra soyuducu avtomatik şəkildə işləməyə başlayacaq. Mükəmməl temperatur göstəriciləri istehsalçı zavodda ilkin nizamlanıbdır.

İDARƏETMƏ PANELI

Soyuducudan istifadə etməzdən əvvəl Təhlükəsizlik

üzrə təlimat ilə tanış olun.

AZ

Soyuducunu elektrik şəbəkəsinə qoşduqdan sonra düzgün qida saxlanma temperaturunu yığmaq üçün ən azı 4-6 saat gözləyin.

2

3

4

1

5

6

7

8

9

10

1. Enerjinin olmaması ilə bağlı həyəcan indikatoru

2. Tez soyutma indikatoru

3. Soyuducu və dondurucu temperatur indikatoru

4. Tez dondurma indikatoru

5.

6.

7.

8.

9.

10.

Tətik rejimi indikatoru

Aktiv/Ehtuyat düyməsi

Stop qəza düyməsi

Soyuducu temperaturu düyməsi /tez soyutma düyməsi

Dondurucu temperatur düyməsi / Tez dondurma düyməsi

Dəqiq idarəetmə düyməsi / Tətil rejimi düyməsi

AKTİV/EHTİYAT

Məhsulu Ehtiyat rejiminə qoymaq üçün, Aktiv/ Ehtiyat düyməsini basıb 3 saniyə basılmış vəziyyətdə saxlayın. Aktiv/Ehtiyat indikatorundan başqa bütün indikatorlar sönəcək. Məhsulu yenidən aktiv rejiminə keçirmək üçün bu düyməni təkrar basın.

SOYUDUCU TEMPERATURU

Soyuducu temperaturu tənzimləmək üçün, Soyuducu temperaturu düyməsini basın. Soyuducu temperatur, Soyuducu və dondurucu temperatur displeyində göründüyü kimi +2°C və + 8°C arasında tənzimlənə bilər.

DONDURUCU TEMPERATURU

Dondurucu temperaturu tənzimləmək üçün Dondurucu °C düyməsini basın. Dondurucu temperaturunu DONDURUCU

TEMPERATURU düyməsi/Tez Soyutma düyməsi bölməsində göstərilən kimi -16°C və -24°C arasında tənzimlənə bilər.

Tövsiyə olunan göstərici:

• Soyuducu bölməsi: +4°C və ya MED (ORTA)

• Dondurucu bölmə: -18°C və ya -20°C

Qeyd: Görünən quraşdırılan göstəricilər soyuducuda orta temperatura müvafiqdir.

TEZ SOYUTMA

Tez soyutma funksiyasının köməyi ilə soyuducu bölməsində soyutma gücünü artırmaq mümkündür. Çox böyük həcmdə qida məhsullarını soyuducu bölməsində yerləşdirdikdən sonra bu funksiyadan istifadə etmək tövsiyə olunur.Tez soyutma funksiyasını aktiv etmək üçün SOYUDUCU TEMPERATURU düyməsini/Tez

Soyutma düyməsini basmaq lazımdır. Funksiya aktiv olandan sonra Tez Soyutma indikatoru yanmağa başlayır. Funksiya 6 saatdan sonra və ya SOYUDUCU TEMPERATURU düyməsini/Tez

Soyutma düyməsini təkrar basdıqdan sonra qeyri-aktivləşir.

TEZ DONDURMA

Dondurucu bölməyə böyük həcmdə qida məhsullarını yerləşdirdikdə bu funksiyadan istifadə etmək məsləhətdir.

Yeni qida məhsullarını dondurmadan 24 saat öncə DONDURUCU

TEMPERATURU düyməsi / Tez Donma düyməsini basıb Tez dondma funksiyasını aktivləşdirin.Aktivləşdirən zaman Tez donma indikator işığı yanmağa başlayır.

24 saatdan sonra dondurulacaq qida məhsullarını dondurucu bölməsinin orta donma sahəsinə yerləşdirin. Bu funksiya 48 saatdan sonra və ya DONDURUCU TEMPERATURU düyməsi /

Tez Donma düyməsini təkrar bnasdıqdan sonra qeyri-aktivləşir.

DƏQİQ İDARƏETMƏ FUNKSİYASI

Dəqiq idarəetmə funksiyası soyuducudan bütövlüklə asılı olmayan innovativ hava sistemi sayəsində dondurucu bölməsində temperatur dəyişikliklərini minimuma endirən qabaqcıl texnologiya sistemidir.Donma təsiri 60%-dək azalır, qida məhsullarının ilkin keyfiyyəti və rəngi təmin olunur.Dəqiqliyin idarə olunması funksiyasını aktivləşdirmək/qeyri-aktibləşdirmək üçün dəqiqliyin idarə olunması funksiyası düyməsini sadəcə olaraq basmaq lazımdır. Funksiyta aşağıdakı temperatur intervalında çalışır:

-22°C ... - 24°C.

Funksiya aktivləşdikdə və dondurucuda cari temperatur -22°C dərəcə olduğu zaman ,temperatur avtomatik şəkildə -22°C quraşdırılır ki, işçi diapazona uyğun olsun. Əgər funksiyanın aktiv olması zamanı istifadəçi dondurucu temperaturunu dəyişərsə, funksiya avtomatik qeyri-aktivləşir. Tez donma halında “Dəqiqliyin idarə olunması” funksiyası qeyri-aktiv olur.

TƏTİL REJİMİ

Bu funksiytadan cihazın uzun müddət ərzində enerji sərfiyyətini azaltmaq məqsədi ilə istifadə etmək olar. Tətil rejimini aktiv etmək üçün Dəqiqliyin idarə olunması düyməsini basıb 3 saniyə saxlayın. Funksiya aktiv olan zaman əlaqəli simvol yanir, soyuducu displeyində 12°C görsənilir. Funksiyanı qeyri-aktiv etmək üçün bu əməliyyatı təkrarlayın. Soyuducu temperatur göstəcisini dəyişən zaman funksiya avtomatik şəkildə qeyri-aktivləşir. Funksiya aktiv olduqda dondurucu bölməsi normal iş rejimində çalışır.

SMART DİSPLEY *

Bu əlavə funksiyanın köməyi ilə enerjiyə qənaət etmək mümkün olur. Smart Displey aktiv etmək üçün, eyni vaxtda SOYUDUCU temperaturu və DONDURUCU temperaturu düymələrini basın.

Aktiv olduqda digər düymələr və displeylər sərfiyyəti minimuma endirmək məqsədi ilə qeyri-aktiv olur. Funksiyanı qeyri-aktiv etmək üçün bu əməliyyatı təkrarlayın. Unutmayın ki, bu funksiya cihazı qida mənbəyindən ayırmır, yalnız xarici displeyin istehlak etdiyti enerji həcmini azaldır. Əgər siz idarəetmə panelinə baxıb bütün funksiyaları görmək istəsiniz, paneli oyatmaq üçün istənilən düyməyə toxunun.

* Yalnız müəyyən modellərdə mövcuddur

LED İÇIĞI

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus işıq mənbəyi var.

Əgər LED işıqlanma sistemi işləmirsə, onu dəyişmək üçün Servis xidmətinə müraciət edin.

Diqqət: Soyuducu bölməsinin işıqlanması soyuducunun qapısı açıldıqda qoşulur. Əgər qapı 8 dəqiqədən çox açıq halda qalırsa, işıq avtomatik şəkildə sönəcəkdir.

TƏZƏ QIDA MƏHSULLARINI VƏ IÇKILƏRI NECƏ SAXLAMAQ

İşarə

MÜLAYİM ZONA

Tropik meyvə, konservləşdirilmiş məhsullar, içkilər, yumurta, souslar, marinadlar, kərə yağı, mürəbbə kimi məhsulların saxlanılması üçün təklif görünür

SOYUTMA ZONASI

Pendirin, südün, gündəlik qida məhsullarının, delikateslərin, yoqurtun saxlanması üçün təyin edilib

ƏN SOYUQ SAHƏ

Ət və balığın saxlanması üçün təklif olunur

MEYVƏ-TƏRƏVƏZ SİYİRTMƏSİ

DONDURUCUNUN SİYİRTMƏLƏRİ

(Hündürlüyü 1,7 m aşağı modellər bir siyirtməlidirlər)

DONDURMA ZONASININ SİYİRTMƏSİ

(Maks.soyutma zonası)

Təzə/bişmiş qida məhsullarının dondurulması

üçün təyin edilib

SOYUDUCU BÖLMƏ

Soyuducu bölməsinin donunun açılması tam avtomatik şəkildə aparılır. Soyuducu bölməsinin arxa divarında su damçıları avtomatik dondan açılma prosesinin aparıldığını göstərir.

Açılmış donmadan yaranan su avtomatik şəkildə drenaj dəliyinə axıb qabda yığılır və oradan buxarlanır.

Ventilyator

Ventilyator soyuducu bölməsinin içində temperaturun daha yaxşı paylanmasına, saxlanılan qida məhsulların daha yaxşı saxlanmasına xidmət göstərir.

Ventilyator soyuducunun içində temperatur və rütubətdən asılı olaraq qoşulub dayanır. Əgər cihazda ventilyator varsa, o, antibakterial süzgəc ilə təchiz oluna bilər. Əgər cihazda ventilyator varsa, o, antibakterial süzgəc ilə təchiz oluna bilər. Süzgəci əldə etmə üçün vebsaytın müvafiq səhifəsinə buyurun və ya müştəri xidmətinə zəng edin..

Freş Boks 0°

Freş Box 0° bölməsi ət və balığın saxlanılması üçün mükəmməl bölmədir. Soyuducu temperaturu azaltmaqla/yüksəltməklə siz 0°

Freş Zona bölməsinin temperaturunu da tənzimləyirsiz. Unutmayız ki, 0° Freş Zona bölməsi daima çalışan və qeyri-aktiv olunmayan mexaniki funksiyadır.

Əgər göstəricilər lövhəciyində "chiller/chill" siyirtməsinə aid bəyannamə varsa, o, yalnız 28 fevral 2021-ci ilədək qüvvədə olan

EN 62552:2013 standartına tətbiq edilir.

DONDURUCU BÖLMƏ

No Frost dondurucuları saxlanma sahələrinin ətrafına soyudulmuş havanın dövriyyəsini təmin edir, buzun yaranmasının qarşısını alır, dondan açılma prosesinə olan ehtiyacı yox edir.

Donmuş qida məhsulları divarlara yapışmır, onların yarlıqları oxunulan vəziyyətlərini saxlayır, bölmələr daha təmiz və səliqəli qalır.

Dondurucu bölməsinin köməyi ilə donmuş qida məhsulları saxlanılır, təzə qida məhsulları dondurulur. Müəyyən vaxt intervalında saxlanıla bilən təzə qida məhsulların həcmi göstəricilər lövhəciyində göstərilib. Təzə qida məhsullarını dondurucu bölmədə elə yerləşdirin ki, havanın maneəsiz dövr etməsi üçün onların ətrafında kifayət qədər yer olsun. Təzə qida məhsulları donmuş məhsullarla bilavasitə təmasda olmamalıdır.

Yükləmə limitləri soyuducuda olan qutular, qapaqlar, siyirtmələr, rəflər və s. təyin olunur. Yüklədikdən sonra bu hissələrin qapalı olmasına əmin olun. Yuxarıdakı şəkildə dondurucu zonanın siyirtməsi/bölməsi göstərilir. Dondurma sürətini optimallaşdırmaq və daha çox yer əldə etmək üçün dondurucu bölmə siyirtməsiz istifadə oluna bilər, qida məhsulları isə bilavasitə bölmədə yerləşdirilə bilər. Qida məhsullarının tullanmasının qarşısını almaq

üçün onlayn istifadəçinin təlimat kitabçasına müraciət edib tövsiyə olunan göstəricilərə və saxlanma şərtlərə istinad edin.

Buz kubları

Buz altlığını 2/3 səviyyəsinədək su ilə doldurub dondurucu bölməsinin arxa divarinın yanında yerləşdirin. Buzu çıxarmaq üçün iti və ya iti uclu əşyalardan istifadə etməyin.

* Yalnız müəyyən modellərdə mövcuddur

AKSESSUARLAR*

YUMURTA QABI

TƏZƏ QAT

BUTULKALAR KASSETİ

TEZ DONMA QATI

QARMAQLI RƏF

BUZ ALTLIĞI

6 cı Hiss

Bu funksiyanın məqsədi saxlanılan qida məhsullarının saxlanılması üçün optimal şərait yaratmaqdır. The “6-cı hiss” funksiyası aşağıdakı hallarda aktivləşir:

• soyuducuya böyük həcmdə qida yerləşdirilir

• soyuducunun qapısı uzun müddət açıq qalır

• uzun müddət ərzində elektrik enerjisi yoxdur, bu səbəbdən soyuducuda olan temperatur qidanın tələb olunan səviyyədə saxlanılmasını təmin edə bilməyən ölçüyə qədər qalxır.

Qarmaqlı rəf *

Yönədici sistemi sayəsində bu rəf ön hissənin altında hərəkətə gətirilə bilər və bununla hündür butulkalar və küplər üçün əlavə yer təmin edir.

Dondurucuda asan altlıq *

Dondurucuda asan altlığın köməyi ilə tez istifadə olunan məhsullar, qalıqlar və ya kiçik mallar saxlanıla və dondurula blıər.

Rütubətin idarə olunması*

Meyvə kimi qida məhsullarını aşağı rütubətli mühitdə saxlamaq

üşün rütubət tənzimləyicisini B vəziyyətinə gətirin və ya tərəvəz kimi qida məhsullarını yüksək rütubətli mühitdə saxlamaq üçün həmin tənzimləyicini A vəziyyətinə gətirin.

ÜMUMİ MƏLUMAT

Əgər bu qısa təlimat kitabçasında digəri göstərilməyibsə, siyirtmələr, qablar və rəflər öz cari vəziyyətində olmalıdır.

Soyuducu bölməsinin işıqlanma sistemində LED lampalarından istifadə olunur, bu lampalar ənənəvi lampalar ilə müqayisədə daha az enerji istehlak edib daha güclü işıqlanma təmin edir.

Uşaqlar və ya heyvanlar içəridə ilişib qalmasın deyə utrilizasiyadan

öncə soyuducunun qapıları və qapaqları sökülməlidir.

NASAZLIQLARIN AŞKARLANMASI VƏ ARADAN GÖTÜRÜLMƏSI

Əgər....baş versə, nə etməli

Mümkün səbəblər Həll yolları

Soyuducu işləmir.

Donmadan açma altlığında su var.

Qapı kipkəci ilə təmasda olan soyuducu dolabın kənarları isti ola bilər.

İşıq lampası işləmir.

Mühərrik həddən artıq işləyir.

Soyuducunun elektrik qidalanma sistemində problem ola bilər.

Bu, isti, rütubətli havada normal haldır. Altlıq hətta yarısınadək su ilə dolu ola bilər.

Bu qüsur deyil. Bu isti hava şəraitində kompressorun işlədiyi zaman normal haldır.

Lampa dəyişilməsi lazım ola bilər.

Soyuducu qoşulmuş/ehtiyat rejimində işləyə bilər.

Mühərrikin işləmə müddəti bir çox amillərdən asılıdır: qapının neçə dəfə açılıb bağlanmasından, saxlanılan qida məhsullarının həcmindən, otaq temperaturundan, soyuducunun temperatur göstəricilərindən.

• Güc kabelinin düzgün gərginlikli elektrik rozetkaya qoşulmasını yoxlayın.

• Elektrik sisteminin qoruyucu qurğuların və ya əriyən qoruyucuların olub olmamasını yoxlayın

• Soyuducunun düz quraşdırılmaması nəticəsində suyun döşəməyə aşmasının qarşısını alın.

• Evinizdə elektrik sistemdə çalışan qoruyucu qurğuların və əriyən qoruyucuların düzgün işləməsinə əmin olun.

• Güc kabelinin düzgün gərginlikli elektrik rozetkaya qoşulmasını yoxlayın

• Əgər LED işıq lampaları işləmirsə, istifadəçi yalnız satışdan sonra servis mərkəzinə və ya səlahiyyətli dilerlərə zəng edib lampaların dəyişilməsi ilə əlaqədar sorğu verməlidir.

• Soyuducunun göstəricilərinin düzgün nizamlanmasına əmin olun.

• Böyük həcmdə qida məhsullarının soyuducuya əlavə olub olmamasını yoxlayın.

• Qapının həddən çox açıb bağlanmasını yoxlayın.

• Qapının düzgün bağlanmasını yoxlayın.

* Yalnız müəyyən modellərdə mövcuddur

Əgər....baş versə, nə etməli

Soyuducuda temperatur həddən artıq yüksəkdir.

Qapılar düzgün açılıb bağlanmır.

Mümkün səbəblər

Burada müxtəlif səbəblər ola bilər (

“Həl yolları”-na bax).

Burada müxtəlif səbəblər ola bilər (

“Həl yolları”-na bax).

Həll yolları

• Kondenserin (soyuducunun arxasında yerləşir) tozlu, çirkli olmamasına əmin olun.

• Qapının düzgün bağlanmasına əmin olun.

• Qapının kipkəclərinin düzgün quraşdırılmasına əmin olun.

• İsti günlərdə və ya otaq isti olan zaman mühərrik daha uzun müddətdə işləyir.

• Əgər soyuducunun qapısı bir müddət açıq qoyulubsa və ya soyuducuda böyük həcmdə qida məhsulları saxlanılırsa, mühərrik soyuducunun içini soyutmaq üçün daha uzun müddətli çalışır.

• Qida məhsullarının qapının qarşısını almamasını yoxlayın.

• Daxili hissələrin və ya avtomatik buz hazırlayan hissənin yerində olub olmamasını yoxlayın.

• Qapı kipkəcinin çirkli və ya yapışqan olmamasını yoxlayın.

• Soyuducunu döşəmədə düz dayanmasını yoxlayın.

QƏZA CƏDVƏLI

Qəzanın növü

Açıq qapı siqnalı

Temperatur qəzası

Uzunmüddətli blekaut qəzası

Qüsur

Siqnal Səbəb

Qapının açıq qəza indikatoru yanır, səs qəza siqnalı eşidilir və Qəza indikatoru yanıb sönür.

Temperatur displeyi yanıb sönür

(°C), Qəza indikatoru isə yanan halda qalır.

Soyuducunun və ya dondurucunun qapısı 2 dəqiqədən çox açıq qalır.

Dondurucuda temperatur kifayət deyil

Blekaut Qəza nişanı yanan vəziyyətdə olur, Qəza indikatoru yanıb sönür.

Displeydə “F” hərfi yanıb sönür

(°C).

uzun müddət ərzində elektrik enerjisi yoxdur, bu səbəbdən soyuducuda olan temperatur

0°C-dək yüksəlir.

Məhsulun qüsuru..

Həll yolu

Qapını bağlayın və ya Stop

Alarm düyməsini basıb səs siqnalını dayandırın.

Stop Alarm düyməsini basın ; səs qəza siqnalı dayanır, temperatur displeyi (°C) yanıb sönür, Qəza indikatoru temperatur < -10°C çatanadək yanmış halda olur.

Stop Alarm düyməsini basın

;səs siqnalı dayanır.

Satışdan sonra servis xidməti ilə əlaqə yaradın.

* Yalnız müəyyən modellərdə mövcuddur

Siyasət müddəalarını, standart sənədləri və məhsul haqqında əlavə məlumatı aşağıdakılarda tapmaq mümkündür:

• docs .whirlpool . eu saytıni ziyarət edin

• QR kodunun köməyi ilə əldə edə bilərsiniz

• Alternativ olaraq Satışdan sonra xidməti əlaqə yaradın. (telefon nömrəsi zəmanət bukletində göstərilib). Satışdan sonra xidmət ilə əlaqə yaratdıqda məhsulun identifikasiya lövhəsində göstərilən kodları haqqında xəbər verin.

Model haqqında məlumatı enerji yarlığında əks olunan QR kodun köməyi ilə almaq mümkündür. Yarlıqda həmçinin https://eprel.ec.europa.eu məlumat bazasının portalı ilə məsləhətləşmək üçün istifadə oluna bilən model identifikatoru göstərilib.

400011500842

advertisement

Key Features

  • Black Freestanding 355 L
  • 257 L No Frost (fridge) Multi-Airflow system (fridge) LED Fridge interior light
  • 97 L Bottom-placed No Frost (freezer) 4* 13 kg/24h
  • D 198 kWh C 39 dB

Related manuals

Download PDF

advertisement