Indesit INC18 T311 Fridge/freezer combination Manual

Add to My manuals
4 Pages

advertisement

Indesit INC18 T311 Fridge/freezer combination Manual | Manualzz

Qısa rəhbərlik

INDESIT MƏHSULUNU ALDIĞINIZ ÜÇÜN

TƏŞƏKKÜR EDİRİK

Daha dəyərli kömək almaq üçün məhsulunuzu www .indesit .com/ register səhifəsində qeydiyyatdan keçirin

İLK DƏFƏ ISTIFADƏ ETDIKDƏ

Məhsulu quraşdırdıqdan sonra ən azı iki saat gözləyib onu elektrik şəbəkəsinə qoşun. Elektrik şəbəkəsinə qoşduqdan sonra məhsul avtomatik şəkildə çalışmağa başlayır. Qida məhsullarının saxlanması üçün mükəmməl temperatur ölçüləri istehsalçı zavodda əvvəlcədən quraşdırılıb.

Soyuducudan istifadə etməzdən əvvəl Təhlükəsizlik

üzrə təlimat ilə tanış olun.

AZ

Cihazı qoşduqdan sonra siz 4-6 saat gözləməlisiniz ki, normal yüklənən cihazda düzgün saxlanma temperaturu olsun . (Əgər varsa) antibakterial qoxuya qarşı süzgəci ventilyatorda süzgəcin qablaşmasının üzərində göstərilıdiyi kimi quraşdırın. Əgər siqnal eşıdıilirsə, bu, temperatur haqqında xəbərdarlıq siqnalıdır: bu siqnalın qarşısını almaq üçün düyməni basın.

İDARƏETMƏ PANELI

1.

2.

3.

4.

5.

6.

1. Soyuducu temperaturu / Dondurucu temperaturu düyməsi

2. Temperatur indikatorunun quraşdırılması

3. Dondurucu indikatoru

4. Soyuducu indikatoru

5. Push & GO indikatoru

6. Push & GO düyməsi

TEMPERATUR ÖLÇÜLƏRİNİN QURAŞDIRILMASI

(1) düyməsini 3 saniyə basılmış vəziyyətdə saxlayıb Soyuducu (3) və Dondurucu bolmə (4) arasında seçim edin .

Həmin düyməni basıb seçdiyiniz bölmənin temperatur ölçüsünü quraşdırın.

Soyuducu bölməsinin tövsiyə edilən temperaturu : MED (ORTA)

Dondurucu bölməsinin tövsiyə edilən temperaturu : MED (ORTA)

Yüksək temperatur

Orta-yüksək temperatur

Orta temperatur

Orta-aşağı temperatur

Aşağı temperatur

Fast Cooling/Fast Freezing (Tez soyutma/Tez dondurma)

Led aktiv

PUSH&GO FUNKSİYASI

İri ərzaq məhsullarının alışından sonra bu məhsulları yaxşı saxlamaq üçün Push&Go düyməsini (6) basıb tez temperatur yığılması funksiyasını aktivləşdirin. Aktivləşdirdikdə, led`indikator yanmağa başlayır (5). 10 saatdan sonra bu funksiya avtomatik şəkildə dayanır, siz onu Push&Go düyməsini (6) basmaqla əl ilə də dayandıra bilərsiniz.

ON/STAND-BY [AKTİV/EHTİYAT] FUNKSİYASI

Cihazı ehtiyat rejiminə keçirmək üçün Push & GO (6) düyməsini 3 saniyə ərzində basılmış vəziyyətdə saxlayın.

Ehtiyat rejimi zamanı soyuducuda olan işıq işləməyəcək. Cihazı yenidən aktiv vəziyyətə gətirmək üçün Push&Go düyməsini basın.

SUPER FREEZE FUNKSİYASI [SUPER DONDURMA]

Qida məhsullarını mükəmməl saxlamaq üçün böyük həcmdə məhsulları dondurma bölməsində yerləşdirməzdən əvvəl lütfən super dondurma funksiyasından istifadə edin.

Funksiyanı qoşmaq üçün üç led lampası yansın deyə (1) düyməsini basın.

Funksiya 26 saatdan sonra avtomatik şəkildə və ya əl ilə digər dondurucu TEMPERATURUNU seçməklə dayandırılır.

Qeyd: Təzə və artıq dondurulmuş qida məhsulları təmasda olmamalıdır. Dondurma sürətini optimallaşdırmaq və daha

çox saxlanma yerini əldə etmək üçün, dondurucu bölmədən siyirtmələrsiz istifadə etmək mümkündür.

Qida məhsullarının tullanmasının qarşısını almaq üçün onlayn istifadəçinin təlimat kitabçasına müraciət edib tövsiyə olunan göstəricilərə və saxlanma şərtlərə istinad edin.

* Yalnız müəyyən modellərdə mövcuddur

TƏZƏ QIDA MƏHSULLARINI VƏ IÇKILƏRI NECƏ SAXLAMAQ

İşarə

MİNOR SOYUTMA ZONASI

Tropik meyvələrin, konservaların, içkilərin, yumurtaların, sousların, marinadların, kərə yağının, mürəbbələrin saxlaması üçün təyin edilib

SOYUTMA ZONASI

Pendirin, südün, gündəlik qida məhsullarının, delikateslərin, yoqurtun saxlanması üçün təyin edilib

ƏN SOYUQ SAHƏ

Ət məhsullarının, desertin, ət və balığın saxlanması

üçün təyin edilib.

MEYVƏ-TƏRƏVƏZ SİYİRTMƏSİ

DONDURUCUNUN SİYİRTMƏLƏRİ

İşıqlanma sistemi (modeldən asılı)

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus işıq mənbəyi var

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus işıq mənbəyi var

DONDURMA ZONASININ SİYİRTMƏSİ

(Maks.soyutma zonası)

Təzə/bişmiş qida məhsullarının dondurulması üçün təyin edilib

Yükləmə hədləri xüsusi quruluşu (səbətlər, qablar, qapaqlar, siyirtmələr, rəflər və s.) təyin olunur, və ya yükləmə hədləri təbii yükləmə hədləri ilə təyin olunur.

Bu məhsulun tərkibində A enerji səmərəlilik sinfinə məxsus 2/4 yan işıq mənbəyi və G enerji sinfinə məxsusu üst işıq mənbəyi var

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus üst işıq mənbəyi var

SOYUDUCU BÖLMƏSI

Çoxaxınlı hava paylaşması

Çoxaxınlılıq qida məhsullarının daha yaxşı saxlanması üçün soyuq havanın bərabər şəkildə paylaşmasına kömək edir. Qida məhsullarını cihazın istənilən rəfində yerləşdirmək olar. Havanın sərbəst hərəkətini təmin etmək üçün hava paylaşma dəliklərinin qarşısını almayın..

Ekstra güclü şüşə

İndesit-in ekstra güclü şüşədən hazırlanan rəflərinin qalınnığı 100 kg qədər yükü saxlaya bilən rəfin qalınnığından daha çoxdur, və beləliklə daha çox yükü öz üzərinə götürə bilir. 100 kq-dək ekstra yük bir rəfin üzərinə qoyula bilər. Əgər rəfə 100 kq yük qoyulubsa, o, bir az əyilə bilər, lakin, bu təhlükəli yox, normal hal sayılır.

Humidity control (Rütubətin idarə olunması)

Meyvə kimi qida məhsullarını aşağı rütubətli mühitdə saxlamaq

üçün rütubət dəstəyini B vəziyyətinə gətirin və ya tərəvəz kimi qida məhsullarını yüksək rütubətli mühitdə saxlamaq üçün həmin dəstəyi A vəziyyətinə gətirin.

* Yalnız müəyyən modellərdə mövcuddur

DONDURUCU BÖLMƏ

Buz kubları*

Buz altlığını su ilə doldurub dondurucu bölməsində yerləşdirin.

Buz kublarını çıxarmaq üçün iti və ya iti uclu əşyalardan istifadə etməyin.

Buz asan çıxarılan dondurucu altlıq

Dondurucuda asan əl çatılan zona: istədiyiniz qidaları asanlıqla tapıb götürün.

Tamamilə No Frost sistemi

Tamamilə No Frost sistemi buzun yaranmasının qarçısını tamamilə alır, dondurucuda və soyuducuda əl ilə buzun açılmasına yol vermir.

Ventilyasiya sisteminin köməyi ilə soyuq havanın mükəmməl dövr etməsi təmin olunur və beləliklə buzun yaranmasının qarşısı alınır.

ÜMUMİ MƏLUMAT

Qısa rəhbərlikdə fərqli təlimat verilməyibsə, siyirtmələr, səbətlər və rəflər öz cari vəziyyətində olmalıdırlar.

Soyuducu bölməsinin içində yerləşən işıqlanma sistemi adi işıq lampalardan daha yaxşı işıqlandırma gücünə və habelə aşağı enerji sərfiyyətinə malik LED lampasından ibarətdir.

12 və 24 saat ərzində dondurula bilən təzə ərzağın həcmi əsas texniki verilənlər lövhəciyində göstərilib.

UTİLİZASİYA

Uşaqlar və ya heyvanlar içəridə ilişib qalmasın deyə utrilizasiyadan

öncə soyuducunun qapıları və qapaqları sökülməlidir.

SİYİRTMƏLƏRİN ÇIXARILMASI

Siyirtmələri özünüzə axıradək çəkin, sonra isə, qaldırıb

çıxardın. Daha böyük həcm əldə etməkl üçün dondurucu bölmə siyirtmələrsiz istifadə edilə bilər.

Qida məhsullarını mənfəz və ya rəflərə qoyduqdan sonra qapının tələb olunan qaydada bağlanmasına əmin olun.

* Yalnız müəyyən modellərdə mövcuddur

** IMSL (Industrial Microbiological Services Ltd, UK) tərəfindən İSO

22196 köməyi ilə sınaqdan keçib

NASAZLIQLARIN AŞKARLANMASI VƏ ARADAN GÖTÜRÜLMƏSI

Əgər baş versə, nə etməli...

Mümkün səbəblər Həll yolları

İdarəetmə paneli sönüb, soyuducu çalışmır.

Daxili işıq işləmir.

Soyuducu Aktiv/Ehtiyat rejimində ola bilər.

Soyuducunun elektrik qidalanma sistemində problem ola bilər.

Lampa dəyişilməsi lazım ola bilər.

PUSH&GO düyməsi ilə cihazı aktiv edin.

Əmin olun ki:

• elektrik şəbəkəsində cərəyan mövcuddur;

• ştepsel elektrik yuvasına düzgün taxılıb, iki-qütblü keçirici

(əgər varsa) düzgün vəziyyətdədir (yəni, cərəyanın soyuducuya verilməsinə əngəl törətmir);

• ev elektrik sisteminin qoruyucuları işlək vəziyəttdədir;

• elektrik kabeli zədəli deyil.

Səlahiyyətli servis mərkəzi ilə əlaqə saxlayın.

Bölmələrin içində temperatur kifayət qədər aşağı deyil.

Soyuducu Aktiv/Ehtiyat rejimində ola bilər.

Burada müxtəlif səbəblər ola bilər

(“Həl yolları”-na bax).

PUSH&GO düyməsi ilə cihazı aktiv edin.

Əmin olun ki:

• qapı düzgün bağlanıb;

• soyuducu istilik mənbəyinin yanında dayanmayıb;

• quraşdırma temperaturu kifayət qədərdir;

• soyuducunun özülündə olan ventilyasiya mənfəzlərinin köməyi ilə havanın dövr etməsinin qarşısı alınmayıb.

Bu qüsur deyil. Bu kondensatın əmələ gəlməsinin qarşısını alır.

Heç bir şey etmək lazım deyil.

Soyuducunun ön kənarı, qapı dayağının kipləyicisi sahəsi istidir.

Akustik siqnal səslənir*.

Açıq qapı siqnalı

Qapı uzun müddət açıq qalanda, siqnal səslənməyə başlayır.

Blekaut həyəcan siqnalı

Elektrik cərəyanının uzun müddət olmadığı halda, dondurucu bölmədə temperaturun qalxdığı zaman siqnal aktivləşir.

Qeyd: Elektrik şəbəkədə blekaut siqnalını qeyri-aktiv etmədən məhsulun temperaturunu quraşdırmaq qeyri-mümkündür.

Akustik siqnalın qarşısını almaq üçün qapını bağlayın.

Akustik siqnalını qeyri-aktiv etməzdən əvvəl, temperatur displeyində əks olunan temperatura diqqət yetirin; bu temperatur şəbəkədə blekaut dövründə dondurucu bölməsində ən yüksək temperaturu əks edir. “Stop Alarm” ("Siqnalı dayandır") düyməsini basıb səs siqnalını qeyri-aktiv edin. Düyməni basdıqdan sonra temperatur displeyində yenə quraşdırılmış temperatur görsənir.

Əgər dondurucu bölmədə qida məhsullarının saxlanması üçün optimal temperatur əldə edilməyibsə, dondurucu bölmənin temperatur siqnalı aktivləşdirilə bilər (dondurucu bölmənin temperatur siqnalına bax). Qidanı yeməzdən əvvəl yoxlayın.

(1) və ya (6) düyməsini basdıqda akustik həyəcan siqnalı kəsilir Dondurucu bölmənin temperatur siqnalı

Dondurucu bölmənin temperatur siqnalı bölmənin optimal temperaturda olmamasına işarə verir. Bu baş verə bilər: ilk dəfə istifadə etdikdə, donun açılması və/və ya təmizləmədən sonra, dondurucunun içində böyük həcmdə qida məhsullarının olduğu halda, dondurucunun qapısı düzgün bağlanmaynda.

* Yalnız müəyyən modellərdə mövcuddur

Siyasət müddəalarını, standart sənədləri və məhsul haqqında əlavə məlumatı aşağıdakılarda tapmaq mümkündür:

• docs . indesit . eu vebsaytı

• QR kodu

• Alternativ olaraq Satışdan sonra xidməti əlaqə yaradın. (telefon nömrəsi zəmanət bukletində göstərilib). Satışdan sonra xidmət ilə əlaqə yaratdıqda məhsulun identifikasiya lövhəsində göstərilən kodları haqqında xəbər verin.

Model haqqında məlumatı enerji yarlığında əks olunan QR kodun köməyi ilə almaq mümkündür. Yarlıqda həmçinin https://eprel.ec.europa.eu məlumat bazasının portalı ilə məsləhətləşmək üçün istifadə oluna bilən model identifikatoru göstərilib.

400011515266

advertisement

Key Features

  • White Built-in 250 L
  • 182 L No Frost (fridge) Multi-Airflow system (fridge) LED Fridge interior light
  • 68 L Bottom-placed No Frost (freezer) 4* 7 kg/24h
  • F 280 kWh B 34 dB

Related manuals

Download PDF

advertisement