Indesit LI9 S1E S Fridge/freezer combination Manual

Add to My manuals
4 Pages

advertisement

Indesit LI9 S1E S Fridge/freezer combination Manual | Manualzz

Qısa rəhbərlik

INDESIT MƏHSULUNU ALDIĞINIZ ÜÇÜN

TƏŞƏKKÜR EDİRİK

Daha dəyərli kömək almaq üçün məhsulunuzu www .indesit .com/ register səhifəsində qeydiyyatdan keçirin

İLK DƏFƏ ISTIFADƏ ETDIKDƏ

Soyuducunu quraşdırdıqdan sonra onu elektrik şəbəkəsinə qoşmazdan əvvəl ən azı iki saat gözləyin. Qoşduqdan sonra soyuducu avtomatik şəkildə işləməyə başlayacaq. Mükəmməl temperatur göstəriciləri istehsalçı zavodda ilkin nizamlanıbdır.

İDARƏETMƏ PANELI

Soyuducudan istifadə etməzdən əvvəl Təhlükəsizlik

üzrə təlimat ilə tanış olun.

AZ

Soyuducunu elektrik şəbəkəsinə qoşduqdan sonra düzgün qida saxlanma temperaturunu yığmaq üçün ən azı 4-6 saat gözləyin.

1.

Indikator LED-lampaları (Super Kulinq funksiyasında quraşdırılmış cari temperatur ölçüsünü göstərir).

2.

Super Cooling (Super Soyutma) düyməsi / Temperatur Düyməsi

TEMPERATURUN QURAŞDIRILMASI

Temperatur intervalından istədiyiniz temperaturu seçib nizamlamaq üçün idarəetmə panelində Temperatur düyməsini basın. Temperatur düyməsi temperatur göstəricisini siklik şəkildə dəyişdirir. İstehsalçı zavodda soyuducuda quraşdırılan temperatur orta temperaturdu. Aşağıdakı cədvəldə quraşıdırıla bilən temperatur göstəricilər verilib:

Yüksək temp.

Orta-yüksək temp.

Orta temp.

Orta-aşağı temp.

Aşağı temp.

Super soyutma

OFF (QEYRİ-AKTİV) ON (AKTİV)

Tövsiyə olunan göstərici:

• Soyuducu bölməsi: +4°C və ya MED (ORTA)

• Dondurucu bölmə: -18°C və ya -20°C

Qeyd: Görünən quraşdırılan göstəricilər soyuducuda orta temperatura müvafiqdir.

SUPER SOYUTMA

Soyuducunun içinə böyük həcmdə qida məhsullarını yerləşdirdikdə soyuducu bölməsinin soyutma gücünü artırmaq məqsədi ilə Super

Soyutma funksiyasından istifadə etmək məsləhətdir.

Super Soyutma funksiyasını aktivləşdirmək üçün idarəetmə panelində Temperatur düyməsini basıb 3 saniyə ərzində saxlayın, bütün 3 LED işıq lampaları yananadək buraxmayın.

Funksiya 24 saatdan sonra avtomatik şəkildə qeyri-aktivləşir və əvvəl seçilmiş temperatur ölçülərinə qayıdır.

Bu funksiyanı idarəetmə panelində Temperatur düyməsini basıb 3 saniyə saxlamaqla qeyri-aktiv etmək mümkündür.

Qeyd: Dondurma gücünü maksimuma çatdırmaq məqsədi ilə təzə qida məhsullarını dondurucu bölmədə yerləşdirməzdən əvvəl yenə də Super Soyutma funksiyası qoşulmalıdır.

LED IŞIĞI

Bu işıq lampası B sinifli enerji effektivliyinə malik işıqlanma mənbəyidir.

Əgər LED işıqlanma sistemi işləmirsə, onu dəyişmək üçün Servis xidmətinə müraciət edin.

Diqqət: Soyuducu bölməsinin işıqlanması soyuducunun qapısı açıldıqda qoşulur. Əgər qapı 8 dəqiqədən çox açıq halda qalırsa, işıq avtomatik şəkildə sönəcəkdir.

* Yalnız müəyyən modellərdə mövcuddur

TƏZƏ QIDA MƏHSULLARINI VƏ IÇKILƏRI NECƏ SAXLAMAQ

İşarə

MÜLAYİM ZONA

Tropik meyvə, konservləşdirilmiş məhsullar, içkilər, yumurta, souslar, marinadlar, kərə yağı, mürəbbə kimi məhsulların saxlanılması üçün təklif görünür

SOYUTMA ZONASI

Pendirin, südün, gündəlik qida məhsullarının, delikateslərin, yoqurtun saxlanması üçün təyin edilib

ƏN SOYUQ SAHƏ

Ət məhsullarının, desertin, ət və balığın saxlanması üçün təyin edilib

MEYVƏ-TƏRƏVƏZ SİYİRTMƏSİ

DONDURUCUNUN SİYİRTMƏLƏRİ

(Hündürlüyü 1,7 m aşağı modellər bir siyirtməlidirlər)

DONDURMA ZONASININ SİYİRTMƏSİ

(Maks.soyutma zonası)

Təzə/bişmiş qida məhsullarının dondurulması

üçün təyin edilib

SOYUDUCU BÖLMƏ

Ventilyator

Ventilyator soyuducu bölməsinin içində temperaturun daha yaxşı paylanmasına, saxlanılan qida məhsulların daha yaxşı saxlanmasına xidmət göstərir. İlkin vəziyyətdə ventilyator sönmüş haldadır. Onu qoşmaq üçün Ventilyator (Fan) düyməsini basın.

Nəzərə alınki, ventilyator qoşulduqda daima işləmir. Ventilyator soyuducunun içində temperatur və rütubətdən asılı olaraq qoşulub dayanır.

Bu səbəbdən qoşulu olduğu zaman ventilyatorun fırlanmaması normal haldır.

Ventilyatorlu soyuducularda bakteriyalara qarşı süzgəc quraşdırıla bilər. Bu süzgəci almaq üçün bizim vebsaytımızdan yararlanın və ya Müştəri Dəstək xidməti ilə əlaqə yaradın.

DONDURUCU BÖLMƏ

Dondurucu bölməsinin köməyi ilə donmuş qida məhsulları saxlanılır, təzə qida məhsulları dondurulur. Müəyyən vaxt intervalında saxlanıla bilən təzə qida məhsulların həcmi göstəricilər lövhəciyində göstərilib. Təzə qida məhsullarını dondurucu bölmədə elə yerləşdirin ki, havanın maneəsiz dövr etməsi üçün onların ətrafında kifayət qədər yer olsun. Təzə qida məhsulları donmuş məhsullarla bilavasitə təmasda olmamalıdır.

Yükləmə limitləri soyuducuda olan qutular, qapaqlar, siyirtmələr, rəflər və s. təyin olunur. Yüklədikdən sonra bu hissələrin qapalı olmasına əmin olun. Yuxarıdakı şəkildə dondurucu zonanın siyirtməsi/bölməsi göstərilir. Dondurma sürətini optimallaşdırmaq və daha çox yer əldə etmək üçün dondurucu bölmə siyirtməsiz istifadə oluna bilər, qida məhsulları isə bilavasitə bölmədə yerləşdirilə bilər.Qida məhsullarının tullanmasının qarşısını almaq

üçün onlayn istifadəçinin təlimat kitabçasına müraciət edib tövsiyə olunan göstəricilərə və saxlanma şərtlərə istinad edin.

Buz kubları

Buz altlığını 2/3 səviyyəsinədək su ilə doldurub dondurucu bölməsinin arxa divarinın yanında yerləşdirin. Buzu çıxarmaq üçün iti və ya iti uclu əşyalardan istifadə etməyin.

Dondurucu bölmənin dondan açılması

Dondurucu ildə bir və ya iki dəfə, yaxud həddən artıq (qalınnığı

3 mm çatan) buzun yaranması halında dondan təmizlənməlidir.

Buzun əmələ gəlməsi normal haldır.

Buzun miqdarı və yaranma sürəti otaq şəraitindən, soyuducu qapısının nə qədər tez açılıb bağlanmsından asılıdır. Soyuducunu buzdan təmizləmək üçün soyuducunu söndürüb bütün qida məhsullarını onun içindən çıxarın. Dondurucu bölməsinin qapısını açıq qoyub buzun əriməsinə şərait yaradın.

Donun açılması zamanı suyun tökülməsinin qarşısını almaq üçün dondurucu bölməsinin dibinə hopduran parça yerləşdirib onu vaxtaşırı sıxın.

Dondurucunun içini təmizləyin. Onu səliqə ilə yuyub qurudun.

Soyuducunu yenidən qoşub içinə qida məhsullarını yenidən yığın.

* Yalnız müəyyən modellərdə mövcuddur

AKSESSUARLAR*

YUMURTA QABI

STOP FROST AKSESSUARI

BUTULKALAR KASSETİ

BUZ ALTLIĞI

STOP FROST AKSESUARI*

STOP FROST aksessuarının köməyi ilə dondurucu bölmədə yaranan buzu toplamaq, dondurucu bölməsindən buzun yox olması və bu bölmənin təmizlənməsi daha da asan olur, beləliklə donun aşılması üçün tələb olunan vaxta qənaət edilir.

ÜMUMİ MƏLUMAT

Əgər bu qısa təlimat kitabçasında digəri göstərilməyibsə, siyirtmələr, qablar və rəflər öz cari vəziyyətində olmalıdır.

Soyuducu bölməsinin işıqlanma sistemində LED lampalarından istifadə olunur, bu lampalar ənənəvi lampalar ilə müqayisədə daha az enerji istehlak edib daha güclü işıqlanma təmin edir.

Stop frost aksessuarın təmizlənmə qaydası vebsaytda İstifadəçinin təlimat kitabçasında göstərilir.

Doors and lids of the refrigerator should be removed before disposal, to avoid children or animals getting trapped inside.

NASAZLIQLARIN AŞKARLANMASI VƏ ARADAN GÖTÜRÜLMƏSI

Əgər....baş versə, nə etməli

Mümkün səbəblər Həll yolları

Soyuducu işləmir.

Donmadan açma altlığında su var.

Qapı kipkəci ilə təmasda olan soyuducu dolabın kənarları isti ola bilər.

İşıq lampası işləmir.

Mühərrik həddən artıq işləyir.

Soyuducuda temperatur həddən artıq yüksəkdir.

Soyuducunun elektrik qidalanma sistemində problem ola bilər.

Bu, isti, rütubətli havada normal haldır. Altlıq hətta yarısınadək su ilə dolu ola bilər.

Bu qüsur deyil. Bu isti hava şəraitində kompressorun işlədiyi zaman normal haldır.

Lampa dəyişilməsi lazım ola bilər.

Soyuducu qoşulmuş/ehtiyat rejimində işləyə bilər.

• Güc kabelinin düzgün gərginlikli elektrik rozetkaya qoşulmasını yoxlayın.

• Elektrik sisteminin qoruyucu qurğuların və ya əriyən qoruyucuların olub olmamasını yoxlayın

• Soyuducunun düz quraşdırılmaması nəticəsində suyun döşəməyə aşmasının qarşısını alın.

Mühərrikin işləmə müddəti bir çox amillərdən asılıdır: qapının neçə dəfə açılıb bağlanmasından, saxlanılan qida məhsullarının həcmindən, otaq temperaturundan, soyuducunun temperatur göstəricilərindən.

Burada müxtəlif səbəblər ola bilər (

“Həl yolları”-na bax).

• Evinizdə elektrik sistemdə çalışan qoruyucu qurğuların və əriyən qoruyucuların düzgün işləməsinə əmin olun.

• Güc kabelinin düzgün gərginlikli elektrik rozetkaya qoşulmasını yoxlayın.

• Əgər LED işıq lampaları işləmirsə, istifadəçi yalnız satışdan sonra servis mərkəzinə və ya səlahiyyətli dilerlərə zəng edib lampaların dəyişilməsi ilə əlaqədar sorğu verməlidir

• Soyuducunun göstəricilərinin düzgün nizamlanmasına əmin olun.

• Böyük həcmdə qida məhsullarının soyuducuya əlavə olub olmamasını yoxlayın.

• Qapının həddən çox açıb bağlanmasını yoxlayın.

• Qapının düzgün bağlanmasını yoxlayın.

• Kondenserin (soyuducunun arxasında yerləşir) tozlu, çirkli olmamasına əmin olun.

• Qapının düzgün bağlanmasına əmin olun.

• Qapının kipkəclərinin düzgün quraşdırılmasına əmin olun.

• İsti günlərdə və ya otaq isti olan zaman mühərrik daha uzun müddətdə işləyir.

• Əgər soyuducunun qapısı bir müddət açıq qoyulubsa və ya soyuducuda böyük həcmdə qida məhsulları saxlanılırsa, mühərrik soyuducunun içini soyutmaq üçün daha uzun müddətli çalışır.

* Yalnız müəyyən modellərdə mövcuddur

Əgər....baş versə, nə etməli

Qapılar düzgün açılıb bağlanmır.

Mümkün səbəblər

Burada müxtəlif səbəblər ola bilər (

“Həl yolları”-na bax).

Həll yolları

• Qida məhsullarının qapının qarşısını almamasını yoxlayın.

• Daxili hissələrin və ya avtomatik buz hazırlayan hissənin yerində olub olmamasını yoxlayın.

• Qapı kipkəcinin çirkli və ya yapışqan olmamasını yoxlayın.

• Soyuducunu döşəmədə düz dayanmasını yoxlayın.

QƏZA CƏDVƏLI

Qəzanın növü

Açıq qapı siqnalı

Açıq qapı qəza siqnalı.

Qüsur

Siqnal Səbəb

Soyuducu işığı yanıb sönür.

Qapı 5 dəqiqədən çox açıq vəziyyətdə olub.

Soyuducu işıq lampası SÖNÜB. Qapı 8 dəqiqədən çox açıq vəziyyətdə olub.

Məhsulun qüsuru..

Məhsulun qüsuru..

Həll yolu

Qapını bağlayın.

Qapını bağlayın.

Satışdan sonra servis xidməti ilə əlaqə yaradın.

* Yalnız müəyyən modellərdə mövcuddur

Siyasət müddəalarını, standart sənədləri və məhsul haqqında əlavə məlumatı aşağıdakılarda tapmaq mümkündür:

• docs . indesit . eu vebsaytı

• QR kodu

• Alternativ olaraq Satışdan sonra xidməti əlaqə yaradın. (telefon nömrəsi zəmanət bukletində göstərilib). Satışdan sonra xidmət ilə əlaqə yaratdıqda məhsulun identifikasiya lövhəsində göstərilən kodları haqqında xəbər verin.

Enerji yarlığında göstərilən QR kodunun köməyi ilə model haqqında məlumat əldə edilə bilər. Yarlıqda həmçinin https://eprel.ec.europa.eu məlumat bazasının portalı ilə məsləhətləşmək üçün istifadə oluna bilən model identifikatoru göstərilib.

400011494705

advertisement

Key Features

  • White Freestanding 372 L
  • 261 L
  • 111 L Bottom-placed 4* 6 kg/24h
  • F 311 kWh C 39 dB

Related manuals

Download PDF

advertisement