Indesit INFC8 TI21W Fridge/freezer combination Manual

Add to My manuals
3 Pages

advertisement

Indesit INFC8 TI21W Fridge/freezer combination Manual | Manualzz

Qısa rəhbərlik

INDESIT MƏHSULUNU ALDIĞINIZ ÜÇÜN

TƏŞƏKKÜR EDİRİK

Daha dəyərli kömək almaq üçün məhsulunuzu www .indesit .com/ register səhifəsində qeydiyyatdan keçirin

İLK DƏFƏ ISTIFADƏ ETDIKDƏ

Soyuducunu quraşdırdıqdan sonra onu elektrik şəbəkəsinə qoşmazdan əvvəl ən azı iki saat gözləyin. Qoşduqdan sonra soyuducu avtomatik şəkildə işləməyə başlayacaq. Mükəmməl temperatur göstəriciləri istehsalçı zavodda ilkin nizamlanıbdır.

İDARƏETMƏ PANELI

Soyuducudan istifadə etməzdən əvvəl Təhlükəsizlik

üzrə təlimat ilə tanış olun.

AZ

Soyuducunu elektrik şəbəkəsinə qoşduqdan sonra düzgün qida saxlanma temperaturunu yığmaq üçün ən azı 4-6 saat gözləyin.

1. Aktıv/qeyrı-aktıv

2. Soyuducu temperatur indikatorunun işığı

3. SOYUDUCU quraşdırılmış temperatur ölçüsü

4. PUSH&GO indikator işığı

5. PUSH&GO düyməsi

AKTIV/QEYRI-AKTIV

Soyuducu (soyuducunun soyuducu və dondurucu bölmələri) bu düyməni basıb onu 2 saniyə ərzində basılmış vəziyyətdə saxlamaqla aktiv vəziyyətə gətirilir. İnterfeysdə son quraşdırılmış

ölçü göstərilir. Bu qurğunu söndürmək üçün bu düyməni basın.

SOYUDUCU TEMPERATUR İNDİKATORUNUN İŞIĞI

O, soyuducu bölməsinin temperaturunu göstərir.

SOYUDUCUDA QURAŞDIRILAN TEMPERATUR ÖLÇÜSÜ

Bunun köməyi ilə siz soyuducu temperatur ölçüsünü vaxtaşırı dəyişə bilərsiniz; O, həmçinin interfeysdə seçilmiş temperaturu təsdiq edir.

Soyuducu bölməsinin tövsiyə olunan temperaturu +4°C.

PUSH&GO FUNKSİYASI

Temperaturun tez bərpasını aktivləşdirmək üçün, ərzaq məhsullarınızı böyük alışdan sonra daha yaxşı saxlamaq üçün bu opsiyadan istifadə edin. Aktivləşdirdikdə, indikator yanmağa başlayır. 48 saat sonra bu funksiya avtomatik şəkildə dayanır, siz onu Push&Go düyməsini basmaqla əl ilə də dayandıra bilərsiniz.

Super Friz)

Təzə qida məhsullarını dondurmaq lazım olan zaman siz yenə də

Push&Go düyməsindən istifadə edirsiniz.

Təzə qida məhsullarını daha yaxşı saxlamaq, onların qida dəyərini qorumaq üçün, onları imkan daxilində tez dondurmaq lazımdır.

Təzə qida məhsullarını dondurmaq üçün Push&Go düyməsini basın; Push&Go indikatoru yanacaq.

Daha yaxşı donma şəraitinə nail olmaq üçün dondurucu bölməni hazırlamaq məqsədi ilə biz, qida məhsullarını yerləşdirməzdən 24 saat qabaq Push&Go düyməsini basmağı tövsiyə edirik. Donma gücünü daha da artırmaq üçün alt siyirtmədən istifadə etməyinizi tövsiyə edirik.

Super Friz funksiyası 48 saatdan sonra dayanır.

LED IŞIĞI

Bu məhsulun tərkibində G enerji səmərəlilik sinfinə məxsus işıq mənbəyi var.

Əgər LED işıqlanma sistemi işləmirsə, onu dəyişmək üçün Servis xidmətinə müraciət edin.

Diqqət: Soyuducu bölməsinin işıqlanması soyuducunun qapısı açıldıqda qoşulur. Əgər qapı 8 dəqiqədən çox açıq halda qalırsa, işıq avtomatik şəkildə sönəcəkdir.

* Yalnız müəyyən modellərdə mövcuddur

TƏZƏ QIDA MƏHSULLARINI VƏ IÇKILƏRI NECƏ SAXLAMAQ

İşarə a) b) *

MÜLAYİM ZONA

Tropik meyvə, konservləşdirilmiş məhsullar, içkilər, yumurta, souslar, marinadlar, kərə yağı, mürəbbə kimi məhsulların saxlanılması üçün təklif görünür

SOYUTMA ZONASI

Pendirin, südün, gündəlik qida məhsullarının, delikateslərin, yoqurtun saxlanması üçün təyin edilib

ƏN SOYUQ SAHƏ a) Ət qəlyanaltılarının, desert, ət və balıqların saxlanması üçün təklif görülür b) Ət və balığın saxlanması üçün təklif görülür.

Siyirtmə yalnız müəyyən modellərdə olur

MEYVƏ-TƏRƏVƏZ SİYİRTMƏSİ

* Qapı rəflərinin sayı və tipi modeldən asılıdır

SOYUDUCU BÖLMƏ

Soyuducu bölməsinin donunun açılması tam avtomatik şəkildə aparılır. Soyuducu bölməsinin arxa divarında su damçıları avtomatik dondan açılma prosesinin aparıldığını göstərir. Açılmış donmadan yaranan su avtomatik şəkildə drenaj dəliyinə axıb qabda yığılır və oradan buxarlanır.

Extra Fresh 0°C siyirtməsi *

Extra Fresh 0°C siyirtməsi (b) ət və balığın saxlanması üçün mükəmməldir. Soyuducu temperaturunu azaltmaqla/artırmaqla siz Extra Fresh 0°C bölməsinin temperaturuna təsir göstərmiş olursunuz. Unutmayın ki, bu bölmənin mexaniki xüsusiyyəti onun daima çalışmasında və sönməməsindədir.

DONDURUCUNUN SİYİRTMƏLƏRİ

(Hündürlüyü 1,7 m aşağı modellər bir siyirtməlidirlər)

DONDURMA ZONASININ SİYİRTMƏSİ

(Maks.soyutma zonası)

Təzə/bişmiş qida məhsullarının dondurulması

üçün təyin edilib

Pick&Go qutusu*

Pick&Go qutusu üfüqi istiqamətdə sürüşür və lanç-boks kimi istifadə edilə bilər. Onu mikrodalğalı sobada qızdırmaq, qabyuyan maşında yumaq mümkündür.

Humidity control (Rütubətin idarə olunması)*

Meyvə kimi qida məhsullarını aşağı rütubətli mühitdə saxlamaq

üçün rütubət dəstəyini B vəziyyətinə gətirin və ya tərəvəz kimi qida məhsullarını yüksək rütubətli mühitdə saxlamaq üçün həmin dəstəyi A vəziyyətinə gətirin.

A

B

DONDURUCU BÖLMƏ

Total No Frost dondurucuları saxlanam sahələrdə sərin havanın dövriyyəsini təmin edir, buzun yaranmasının qarşısını alır, beləliklə donmadan açma prosesi lazım olmur. Donmuş qida məhsulları divarlara yapışmır, onların yarlıqları oxunulan vəziyyətlərini saxlayır, bölmələr daha təmiz və səliqəli qalır. Dondurucu bölməsinin köməyi ilə donmuş qida məhsulları saxlanılır, təzə qida məhsulları dondurulur. Müəyyən vaxt intervalında saxlanıla bilən təzə qida məhsulların həcmi göstəricilər lövhəciyində göstərilib.

Təzə qida məhsullarını dondurucu bölmədə elə yerləşdirin ki, havanın maneəsiz dövr etməsi üçün onların ətrafında kifayət qədər yer olsun. Təzə qida məhsulları donmuş məhsullarla bilavasitə təmasda olmamalıdır. Yükləmə limitləri soyuducuda olan qutular, qapaqlar, siyirtmələr, rəflər və s. təyin olunur.

Yüklədikdən sonra bu hissələrin qapalı olmasına əmin olun.

Yuxarıdakı şəkildə dondurucu zonanın siyirtməsi/bölməsi göstərilir. Dondurma sürətini optimallaşdırmaq və daha çox yer əldə etmək üçün dondurucu bölmə siyirtməsiz istifadə oluna bilər, qida məhsulları isə bilavasitə bölmədə yerləşdirilə bilər.

Qida məhsullarının tullanmasının qarşısını almaq üçün onlayn istifadəçinin təlimat kitabçasına müraciət edib tövsiyə olunan göstəricilərə və saxlanma şərtlərə istinad edin.

Buz kubları

Buz altlığını 2/3 səviyyəsinədək su ilə doldurub dondurucu bölməsinin arxa divarinın yanında yerləşdirin. Buzu çıxarmaq üçün iti və ya iti uclu əşyalardan istifadə etməyin.

AKSESSUARLAR*

YUMURTA QABI BUZ ALTLIĞI BUTULKALAR KASSETİ PICK&GO QUTUSU

* Yalnız müəyyən modellərdə mövcuddur

ÜMUMİ MƏLUMAT

Əgər bu qısa təlimat kitabçasında digəri göstərilməyibsə, siyirtmələr, qablar və rəflər öz cari vəziyyətində olmalıdır.

Soyuducu bölməsinin içində işıqlanma sistemində LED lights işıqlardan istifadə olunur, bu işıqlar adi lampalar ilə müqayisədə daha güclü işıqlanmaya malik, enerji baxımdan daha sərfəlidir.

Soyuducunu utilizasiya etməzdən qabaq, onun içində uşaq və ya heyvan qalmasın deyə, onun qapıları və qapaqları sökülməlidir.

NASAZLIQLARIN AŞKARLANMASI VƏ ARADAN GÖTÜRÜLMƏSI

Əgər....baş versə, nə etməli

Mümkün səbəblər Həll yolları

Soyuducu işləmir.

Soyuducunun elektrik qidalanma sistemində problem ola bilər.

Donmadan açma altlığında su var.

Qapı kipkəci ilə təmasda olan soyuducu dolabın kənarları isti ola bilər.

İşıq lampası işləmir.

Bu, isti, rütubətli havada normal haldır.

Altlıq hətta yarısınadək su ilə dolu ola bilər.

Bu qüsur deyil. Bu isti hava şəraitində kompressorun işlədiyi zaman normal haldır.

Lampa dəyişilməsi lazım ola bilər.

Soyuducu qoşulmuş/ehtiyat rejimində işləyə bilər.

Mühərrik həddən artıq işləyir.

Soyuducuda temperatur həddən artıq yüksəkdir.

Qapılar düzgün açılıb bağlanmır.

Mühərrikin işləmə müddəti bir çox amillərdən asılıdır: qapının neçə dəfə açılıb bağlanmasından, saxlanılan qida məhsullarının həcmindən, otaq temperaturundan, soyuducunun temperatur göstəricilərindən.

Burada müxtəlif səbəblər ola bilər

(“Həl yolları”-na bax).

Burada müxtəlif səbəblər ola bilər

(“Həl yolları”-na bax).

• Güc kabelinin düzgün gərginlikli elektrik rozetkaya qoşulmasını yoxlayın.

• Elektrik sisteminin qoruyucu qurğuların və ya əriyən qoruyucuların olub olmamasını yoxlayın

• Soyuducunun düz quraşdırılmaması nəticəsində suyun döşəməyə aşmasının qarşısını alın.

• Evinizdə elektrik sistemdə çalışan qoruyucu qurğuların və əriyən qoruyucuların düzgün işləməsinə əmin olun.

• Güc kabelinin düzgün gərginlikli elektrik rozetkaya qoşulmasını yoxlayın

• Əgər LED işıq lampaları işləmirsə, istifadəçi yalnız satışdan sonra servis mərkəzinə və ya səlahiyyətli dilerlərə zəng edib lampaların dəyişilməsi ilə əlaqədar sorğu verməlidir.

• Soyuducunun göstəricilərinin düzgün nizamlanmasına əmin olun.

• Böyük həcmdə qida məhsullarının soyuducuya əlavə olub olmamasını yoxlayın.

• Qapının həddən çox açıb bağlanmasını yoxlayın.

• Qapının düzgün bağlanmasını yoxlayın.

• Kondenserin (soyuducunun arxasında yerləşir) tozlu, çirkli olmamasına əmin olun.

• Qapının düzgün bağlanmasına əmin olun.

• Qapının kipkəclərinin düzgün quraşdırılmasına əmin olun.

• İsti günlərdə və ya otaq isti olan zaman mühərrik daha uzun müddətdə işləyir.

• Əgər soyuducunun qapısı bir müddət açıq qoyulubsa və ya soyuducuda böyük həcmdə qida məhsulları saxlanılırsa, mühərrik soyuducunun içini soyutmaq üçün daha uzun müddətli çalışır.

• Qida məhsullarının qapının qarşısını almamasını yoxlayın.

• Daxili hissələrin və ya avtomatik buz hazırlayan hissənin yerində olub olmamasını yoxlayın.

• Qapı kipkəcinin çirkli və ya yapışqan olmamasını yoxlayın.

• Soyuducunu döşəmədə düz dayanmasını yoxlayın.

QƏZA CƏDVƏLI

Qəzanın növü Siqnal Səbəb Həll yolu

Açıq qapı qəza siqnalı.

Qüsur.

Soyuducu işığı yanıb sönür.

İstənilən temperatur indikatorları yanıb sönür.

Qapı 3 dəqiqədən çox açıq vəziyyətdə olub.

Məhsulun qüsuru..

Qapını bağlayın.

Satışdan sonra servis xidməti ilə əlaqə yaradın.

* Yalnız müəyyən modellərdə mövcuddur

Siyasət müddəalarını, standart sənədləri və məhsul haqqında əlavə məlumatı aşağıdakılarda tapmaq mümkündür:

• docs . indesit . eu vebsaytı

• QR kodu

• Alternativ olaraq Satışdan sonra xidməti əlaqə yaradın. (telefon nömrəsi zəmanət bukletində göstərilib). Satışdan sonra xidmət ilə əlaqə yaratdıqda məhsulun identifikasiya lövhəsində göstərilən kodları haqqında xəbər verin.

Model haqqında məlumatı enerji yarlığında əks olunan QR kodun köməyi ilə almaq mümkündür. Yarlıqda həmçinin https://eprel.ec.europa.eu məlumat bazasının portalı ilə məsləhətləşmək üçün istifadə oluna bilən model identifikatoru göstərilib.

400011507520

advertisement

Key Features

  • Stainless steel Freestanding 335 L
  • 231 L No Frost (fridge) Multi-Airflow system (fridge) Fridge interior light
  • 104 L Bottom-placed No Frost (freezer) 4* 10 kg/24h
  • F 315 kWh C 40 dB

Related manuals

Download PDF

advertisement